This is a specific ad

Gürcüstanda yaşayan Rusiya vətəndaşlarına yeni bir qadağa ola bilər – ƏTRAFLI

20

Another advertisement

“Vahid Milli Hərəkat Partiyası”nın deputatları Roman Qotsiridze və Xatiya Dekanoidze 2024-cü ilin sonuna qədər Rusiya vətəndaşlarına daşınmaz əmlakın satılmasını qadağan edən qanun layihəsini parlamentdə qeydə alıblar.

Roman Qotsiridzenin brifinqdə bildirdiyi kimi, bu, müvəqqəti tədbir olacaq və il yarımdan sonra qadağanın davam edib-etməyəcəyinə qərar verəcəklər.

“Biz Rusiya vətəndaşlarının 2024-cü ilin sonuna qədər il yarım müddətinə Gürcüstanda daşınmaz əmlak almasına qadağa qoyulmasını nəzərdə tutan qanun layihəsini qeydə almışıq. Vəziyyət çox ciddidir və bu, vətəndaşlarımıza iqtisadi cəhətdən ciddi zərbə vurur. Ruslara görə ölkədə mənzillərin qiyməti o qədər bahalaşıb ki, insanlar mənzil ala bilmir. Əgər əvvələr mənzilin1 kv. 800-900 dollar idisə, indi 2000 dollara qalxıb. Gürcüstanda 120 min Rusiya vətəndaşı var. Onlar ötən il doqquz min, bu ilin dörd ayında isə 11 min mənzil alıblar. Bu o deməkdir ki, proses davam edərsə, ölkədə daşınmaz əmlak bahalaşacaq. Bundan əlavə, bu proses digər ciddi təhlükələri ehtiva edir, o cümlədən ölkənin həm iqtisadi, həm də siyasi təhlükəsizliyi baxımından. Bir il yarımdan sonra biz vəziyyəti müşahidə edəcəyik və müvəqqəti tədbir kimi bu gün parlamentə təklif etdiyimiz rejimin davam etdirilməsi və ya ləğv edilməsi barədə qərar qəbul edəcəyik”, – Roman Qotsiridze bildirib.

Sonrakı yazı
Gürcüstan XİN başçısı Rusiyanın viza rejiminin ləğvi qərarını alqışlayıb
Öncəki yazı
Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirilən sülh danışıqlarında razılıq əldə olundumu ?