This is a specific ad

Gürcüstanda Yandex Taxi şəxsi məlumatların Rusiyaya ötürülməsinə görə cərimələnib

284

Another advertisement

Yandex taksi xidmətləri təklif edən Ridetech Georgia şirkəti Gürcüstan qanunvericiliyini pozub və şirkət 4000 lari məbləğində cərimələnib.

QafqazTürk Media xəbər verir ki, bu barədə Gürcüstanın Şəxsi Məlumatların Mühafizəsi Xidməti bildirib.

Monitorinq prosesi zamanı müəyyən edilib ki, “Yandex” Taxi şirkəti Rusiya Federasiyası ərazisində yerləşən serverlərə qoşulub. Beləliklə, Gürcüstanın Fərdi Məlumatların Mühafizəsi Xidməti istifadəçi IP ünvanlarının “başqa dövlətə” ötürülməsi/mövcudluğu faktını təsdiqləyib.

Departamentin məlumatına görə, Ridetech Georgia əvvəllər sərnişinlərin/sürücülərin şəxsi məlumatlarının Rusiya Federasiyasına ötürülməsi üçün icazə istəyib və rədd cavabı alıb.

Qeyd edək ki, Yandex Taxi 2016-cı ildən Gürcüstanda fəaliyyət göstərir. Tbilisi Life teleqram kanalının məlumatına görə , Ridetech Georgia şirkəti 24 may 2022-ci ildə Gürcüstanda qeydiyyatdan keçib, şirkətin direktoru Rusiya vətəndaşı Kirill Svintsovdur. Svintsovun adı mediada “Yandex Taxi”nin MDB ölkələrində inkişaf direktoru kimi keçir. Ridetech Georgia, həmçinin Gürcüstanda taksi çağırmaq üçün UBER tətbiqinə sahibdir və bu tətbiqin işə salınması bu ilin aprelində media tərəfindən bildirilmişdi .

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Kvemo Kartlidə elektrik şoku aparatları ilə qanunsuz balıq ovu faktı aşkarlanıb
Öncəki yazı
პარტია „ქართული ოცნება” წინასაარჩევნო კამპანიის ფარგლებში შეხვედრებს წალკის მუნიციპალიტეტში აგრძელებს