This is a specific ad

Gürcüstanda yanacaq yenidən bahalaşıb

49

Another advertisement

Gürcüstanda yanacağın qiyməti yenidən bahalaşıb.

QafqazTürk.com xəbər verir ki, qiymətlərdə bu gün 10 tetri bahalaşma qeydə alınıb.

Müvafiq olaraq, 1 litr adi benzin 3 lari, super benzinin qiyməti isə 4 lariyə qədərdir.Buna səbəb Rusiyanın yanacağın ixracına qoyduğu məhdudiyyətdir ki, bu da regionda benzinin qiymətinin tənzimlənməsinə səbəb olub.

Ekspertlər və idxalçılar benzinin qiymətinin artmaqda davam edəcəyini ehtimal edirlər. Əhali ehtiyat edir ki, yanacağın qiymətində oxşar qiymət artımı digər məhsulların da bahalaşmasına səbəb olacaq.

Xatırladaq ki, Rusiya sentyabrın 21-də benzin və dizel yanacağının ixracını məhdudlaşdırıb. Səbəb kimi “daxili bazarın stabilləşməsi” göstərilib.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Qənirə Paşayeva dünyasını dəyişib
Öncəki yazı
Azərbaycan Prezidenti Zəngilan kəndinin təməlini qoyub