This is a specific ad

Gürcüstanda yanacaq 10-15 tetri bahalaşa bilər

93

Another advertisement

“Gürcüstanda yanacaq 10-15 tetri bahalaşa bilər”.

QafqazTürk.com xəbər verir ki, bunu “Senta Oil”in təsisçisi Zaal İakobidze məlumat verib.

Söhbət Rusiya hökumətinin qərarından gedir. Qərara əsasən Rusiyada martın 1-dən etibarən yanacağın ixracı 6 ay müddətinə qadağan ediləcək.

Zaal İakobidzenin sözlərinə görə, Rusiya bir neçə ay əvvəl də analoji qərar qəbul edib, beləliklə, Gürcüstandan yanacaq idxal edənlər artıq təcrübə qazanıblar, ona görə də Rusiya yanacağının dəyişdirilməsi daha asan olacaq.

Rusiyanı hansı ölkələrin əvəzləyəcəyinə gəldikdə isə “Senta Oil”in yaradıcısı bu ölkələrin Bolqarıstan, Rumıniya və Türkmənistan ola biləcəyini bildirib.

Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
Məhəmməd Əmin Rəsulzadənin məzarı abadlaşdırılır
Öncəki yazı
4 mart tarixinədək gözlənilən hava şəraiti – PROQNOZ