Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, sentyabrın 9-dan 14-dək Gürcüstan ərazisində fasilələrlə yağış və ildırım müşahidə olunacaq. Bəzi yerlərdə yağışın güclənəcəyi, dolu yağacağı da istisna edilmir.
Mütəxəssislər bildirirlər ki, gözlənilən yağıntılar kiçik çaylarda suyun səviyyəsinin qalxmasına, dağətəyi və dağlıq ərazilərdə isə torpaq sürüşməsi və sel təhlükəsinin yaranmasına səbəb ola bilər.