Gürcüstanda vətəndaşlar üçün qrip əleyhinə vaksinasiya PULSUZ olacaq! – MARNEULİDƏ bu xəstəxanalar müraciət edə bilərsiniz

78

Gürcüstanın Səhiyyə Nazirliyinin məlumatına görə, bütün Gürcüstan vətəndaşları mövsümi qrip əleyhinə peyvəndi pulsuz vurdura bilərlər.

Ölkə 200 min doza Fransada istehsal olunan, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)  tərəfindən mövsimi qrip əleyhinə tövsiyə edilən VaxigripTetra™️ vaksinini alıb. Peyvənd 6 aylıq yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub və dövlət proqramı çərçivəsində tam ödənişsizdir.

Nazirlik bildirir ki, vaksinasiya xüsusilə xroniki xəstəlikləri olan və risk qrupuna daxil şəxslər üçün vacibdir.

Kvemo Kartli bölgəsində peyvənd 12 tibb müəssisəsində aparılır, o cümlədən Marneulidəki “Geo Hospitals” və “MedX” klinikalarında mümkün olacaq.

Kvemo Kartli bölgəsində vaksinasiya aparılan tibb müəssisələrinin siyahısı:

  1. “Rustavi Tibb Evi” – N1 Müalicə-Diaqnostika Mərkəzi (Rustavi)

  2. “Regional Səhiyyə Mərkəzi” (Tsalka)

  3. “Bolnisi Mərkəzi Klinikası” (Bolnisi)

  4. “Geo Hospitals” (Qardabani)

  5. “Sano” Müalicə-Diaqnostika Mərkəzi (Qardabani)

  6. “Geo Hospitals” – Marneuli Doğum və Ambulator Mərkəzi (Marneuli)

  7. “MedX” (Marneuli)

  8. “Rustavi N2 Müalicə-Diaqnostika Mərkəzi” (Rustavi)

  9. “Rustavi N1 Poliklinikası” (Rustavi)

  10. “Regional Səhiyyə Mərkəzi” – Tetritskaro Tibb Müəssisəsi (Tetritskaro)

  11. “Manglisi Xəstəxana-Poliklinikası” (Tetritskaro)

  12. “Regional Səhiyyə Mərkəzi” – Dmanisi Tibb Müəssisəsi (Dmanisi)

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Həbsdəki jurnalist Mziya Amaglobeli “Dünya Mətbuatının Qəhrəmanı” seçildi – Hakimiyyət bunu “ədalətsiz” sayır
Öncəki yazı
İsrail və Fələstin arasında sülhə doğru ilk ADDIM