This is a specific ad

Gürcüstanda uşaq bağçalarının tikintisi və bərpası üçün təxminən bir milyard lari ayrılıb

45

Another advertisement

Gürcüstanda uşaq bağçalarının tikintisi və bərpası üçün təxminən bir milyard lari ayrılıb

Qafqaztürk xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili bildirib.

Onun sözlərinə görə, uşaq bağçalarının tikintisi və bərpası üçün təxminən bir milyard lari ayrılıb.

“Təhsil islahatının əsas vəzifəsi bütün səviyyələrdə keyfiyyətli təhsilin təmin edilməsidir. Bilirsiniz ki, təhsil sahəsinə böyük sərmayələr qoymağa başlamışıq. Bir daha xatırlatmaq istəyirəm ki, uşaq bağçalarının tikintisi və bərpası layihəsinə təxminən bir milyard lari ayırmışıq. Həmçinin, orta məktəblərin inkişafı, bərpası və tikintisi üçün bir milyard lari ayırdıq. Bu proses artıq başlayıb. 400-ə yaxın məktəb müqaviləsi bağlanıb”, – deyə baş nazir bildirib.

Kateqoriya: Təhsil
Sonrakı yazı
Talakvadze:”Biz alqışlayırıq ki, Macarıstan Gürcüstanın Avropaya inteqrasiyasını güclü şəkildə dəstəkləyir”
Öncəki yazı
Paşinyan: “Rusiya sülhməramlıları Qarabağı tərk edərlərsə, Ermənistana keçməməlidirlər”