Another advertisement
2024-cü ilin yanvar ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə Gürcüstana idxal olunan unun miqdarı təxminən 77% azalıb.
QafqazTürk.com xəbər verir ki, qeyd olunan dövrdə 1,384 milyon dollar dəyərində 5 min 688 ton un idxal edilib.
2023-cü ilin yanvar ayına olan məlumata görə, ölkəyə 5 milyon 957 milyon dollar dəyərində 18 min 51 ton un idxal edilib.
Bundan başqa, hesabat dövründə unun idxal qiyməti də ucuzlaşıb. 2023-cü ilin yanvarında idxal olunan unun 1 tonunun qiyməti 330 dollar, bu ilin yanvarında isə 243 dollar olub.