This is a specific ad

Gürcüstanda ümumilikdə 2028 uşaq bağçası qeydiyyatdan keçib

47

Another advertisement

Erkən və məktəbəqədər təhsil və tədris sisteminin islahatı çərçivəsində uşaq bağçalarının ilkin elektron qeydiyyatı 2023-cü ilin 31 martında başa çatıb. Ümumilikdə 2028 uşaq bağçası qeydiyyatdan keçib, onlardan 1705-i dövlət, 323-ü isə özəl müəssisələrdir.

Erkən və məktəbəqədər təhsil və tədris sisteminin islahatının ilkin mərhələsi uşaq bağçalarının qeydiyyatdan keçirilməsi idi. Qeydiyyat 2022-ci ildə başlayıb və cari ilin 31 martına qədər davam edib. Fəaliyyət göstərən bütün müəssisələr üçün qeydiyyatdan keçmək vacib idi.

Qeydiyyat nəticəsində elektron bazada müəssisələrin sonrakı göstəriciləri təsvir edilib: hüquqi forması, dövlət və ya özəl sektora mənsubiyyəti, işlə təmin edilmiş əməkdaşların tam sayı və müəssisələrdə qeydiyyatdan keçmiş uşaqların sayı. Qeyd olunan məlumat regional və rayon dairəsində özəl və dövlət sektoruna əsasən əlçatandır.

Qeyd edək ki, elektron bazada qeydiyyatdan keçmiş müəssisələr Təhsilin Keyfiyyətinin İnkişafı üzrə Milli Mərkəz tərəfindən dəstək xarakterli xidmətlər alacaqlar.

İstinad: Etaloni.ge, Yeni Yol

Sonrakı yazı
Co Bayden 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini rəsmən açıqlayıb
Öncəki yazı
Sofiyada Azərbaycan qazının tədarükünə dair memorandum imzalanıb – FOTO