Daxili İşlər Nazirliyinin məlumatına görə, hüquq-mühafizə orqanları Türkiyə tərəfindən axtarışa verilmiş, əvvəllər məhkum olunmuş, 1998-ci il təvəllüdlü B.A.-nı saxlayıblar.
Nazirliyin açıqlamasında bildirilir ki, saxlanılan şəxs qəsdən adam öldürmə və maliyyə gəliri əldə etmək məqsədilə kompüter məlumatlarının saxtalaşdırılması ittihamı ilə axtarılırdı.
“Təqsirləndirilən şəxs Gürcüstan sərhədini hələ onun barəsində beynəlxalq axtarış elan olunmamışdan əvvəl keçib”, – DİN-in məlumatında qeyd olunub.
Hazırda saxlanılan şəxs barəsində ekstradisiyadan əvvəlki prosedurlar davam etdirilir.