Gürcüstanda Türkiyə tərəfindən axtarışda olan şəxs saxlanılıb

70

Daxili İşlər Nazirliyinin məlumatına görə, hüquq-mühafizə orqanları Türkiyə tərəfindən axtarışa verilmiş, əvvəllər məhkum olunmuş, 1998-ci il təvəllüdlü B.A.-nı saxlayıblar.

Nazirliyin açıqlamasında bildirilir ki, saxlanılan şəxs qəsdən adam öldürmə və maliyyə gəliri əldə etmək məqsədilə kompüter məlumatlarının saxtalaşdırılması ittihamı ilə axtarılırdı.

“Təqsirləndirilən şəxs Gürcüstan sərhədini hələ onun barəsində beynəlxalq axtarış elan olunmamışdan əvvəl keçib”, – DİN-in məlumatında qeyd olunub.

Hazırda saxlanılan şəxs barəsində ekstradisiyadan əvvəlki prosedurlar davam etdirilir.

Kateqoriya: Cəmiyyət, Cinayət, Region
Sonrakı yazı
Restoranda silahlı insident baş verib
Öncəki yazı
Zelenski: 26 ölkə Ukraynanın təhlükəsizliyi üçün addım atmağa hazırdır