Gürcüstanda torpaq sürüşməsində həlak olanların hamısının meyiti tapıldı – FOTO

2

İmeretinin Nergeeti kəndində torpaq sürüşməsi nəticəsində itkin düşənlərin hamısının meyitləri tapılıb.

QafqazTürk.com xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, itkin düşmüş hesab olunan doqquzuncu şəxsin cəsədi bu səhər aşkar edilib.

Xatırladaq ki, fevralın 7-də yağan güclü yağış nəticəsində baş verən torpaq sürüşməsi nəticəsində dörd ev tamamilə uçub. Təbii fəlakət zamanı evlərdə 10 nəfər olub. Onlardan yalnız birini xilas etmək mümkün olub.

1
0
Kateqoriya: Gündəm
Sonrakı yazı
8-11 fevral tarixlərində gözlənilən hava şəraiti – PROQNOZ
Öncəki yazı
გთხოვთ, ძვირფასო ქართველო მეგობრებო, რაც შეიძლება სწრაფად შეასრულეთ ცხრა პუნქტი, რადგან წლევანდელი გრაფიკი ძალიან შეზღუდულია -პეტერ ფიშერი