Another advertisement
27 sentyabr 2023-cü il tarixinə Gürcüstanda 8 min 70 nəfər tək valideyn statusuna malikdir.
QafqazTürk.com xəbər verir ki, bu, “Dövlət Xidmətlərinin İnkişafı Agentliyi”nin deputat Ketevan Turazaşvilinin deputat sualına cavab olaraq göndərdiyi məlumatda öz əksini tapıb.
Agentliyin məlumatına görə, tək valideyn statusuna 7 min 923 nəfər – ana, 132 nəfər ata; 1 – övladlığa götürən kişi və 14 – övladlığa götürən qadın malikdir.
Bundan əlavə, “Dövlət Xidmətlərinin İnkişafı Agentliyi”nin məlumatına görə, 27 sentyabr 2023-cü il tarixindən etibarən 1486 nəfərin tək valideynlik statusu ləğv edilib.