Gürcüstanda səfərdə olan ADY sədri Rövşən Rüstəmov “Gürcüstan Dəmir Yolları” SC- nin yeni təyin edilmiş baş direktoru Laşa Abaşidze ilə nəqliyyat və logistika sahələrində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib.
Görüşdə Azərbaycan və Gürcüstan ərazisindən keçən beynəlxalq dəhlizlərin səmərəli fəaliyyətinin təmin edilməsi və Şərq-Qərb-Şərq daşımalarının təkmilləşdirilməsi barədə fikir mübadiləsi aparılıb.
Tərəflər Orta Dəhlizlə daha çox yükün daşınması üçün səylərin artırılmasını və Bakı-Tbilisi-Qars dəmiryol xəttinin bu baxımdan əhəmiyyətini xüsusi vurğulayıb.