This is a specific ad

Gürcüstanda surroqat(daşıyıcı ana) ilə doğulan uşaqların sayı: Səhiyyə Nazirliyinin məlumatları

48

Another advertisement

Surroqat analar 2021-ci il yanvarın 1-dən 2023-cü il iyunun 30-dək Gürcüstanda 1,6 min uşaq dünyaya gətirib.

QafqazTürk.com xəbər verir ki,bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Səhiyyə Nazirliyinin məlumatına görə, bu müddət ərzində:

Surroqat ana ilə 1631 uşaq doğulub;
Süni mayalanma yolu ilə isə 2288 uşaq doğulub.

Qeyd edək ki, təkcə 2023-cü il yanvarın 1-dən iyunun 30-dək olan müddətdə surroqat ana ilə 517, süni mayalanma yolu ilə isə 459 uşaq doğulub.


Gürcüstanda 2024-cü il yanvarın 1-dən süni mayalanma – “in vitro” və surroqat ana xidmətlərindən istifadə yalnız ölkə vətəndaşları üçün əlçatan olacaq.

Kateqoriya: Sağlamlıq
Sonrakı yazı
პოლიციელთა შრომის საშუალო ანაზღაურება 625 ლარით გაიზრდება და 2 060 ლარი გახდება 2030 წელს – გეგმა
Öncəki yazı
UNESCO-nun missiyası Odessaya gəlib