Another advertisement
Surroqat analar 2021-ci il yanvarın 1-dən 2023-cü il iyunun 30-dək Gürcüstanda 1,6 min uşaq dünyaya gətirib.
QafqazTürk.com xəbər verir ki,bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Səhiyyə Nazirliyinin məlumatına görə, bu müddət ərzində:
Surroqat ana ilə 1631 uşaq doğulub;
Süni mayalanma yolu ilə isə 2288 uşaq doğulub.
Qeyd edək ki, təkcə 2023-cü il yanvarın 1-dən iyunun 30-dək olan müddətdə surroqat ana ilə 517, süni mayalanma yolu ilə isə 459 uşaq doğulub.
Gürcüstanda 2024-cü il yanvarın 1-dən süni mayalanma – “in vitro” və surroqat ana xidmətlərindən istifadə yalnız ölkə vətəndaşları üçün əlçatan olacaq.