Another advertisement
Gürcüstanda süd istehsalı azalıb, ət və yumurta istehsalı isə artıb.
QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Statistika Xidməti məlumat yayıb.
Məlumata görə, 2023-cü ilin 1-ci rübündə süd istehsalı 105,7 milyon litr təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 5,8% azdır.
Ət istehsalı 18,1 min ton təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,4% çoxdur.
Hesabat dövründə 169,9 milyon ədəd yumurta istehsal edilib ki, bu da əvvəlki illə müqayisədə 2,7% çoxdur.