This is a specific ad

Gürcüstanda sosial yardım alanların sayı artaraq 676 641 nəfərə çatıb

90

Another advertisement

Mart ayında Gürcüstanın 676 641 sosial cəhətdən həssas vətəndaşı sosial yardım alıb. Sosial Xidmətlər Agentliyinin məlumatına görə, bir ayda sosial yardım alanların sayı 4432 nəfər artıb.

Qeyd edək ki, yanvar ayından etibarən sosial yardım alanların statistikasında dövlət məşğulluq proqramı iştirakçılarının sayı da əks olunub. Xüsusilə, yanvar ayında dövlət məşğulluq proqramında iştirakına əsasən 4 il müddətinə sosial yardım alacaq 30 571 ailə qeydə alınıb. Fevralda onların sayı 33 394 nəfərə, mart ayında isə 35 114-ə qədər yüksəlib. Agentlikdən “Biznes formulu”- na açıqlandığı kimi, ailənin ən azı bir üzvü dövlət məşğulluğuna proqramına cəlb edildikdə, ailəyə verilən sosial yardım 4 il müddətində saxlanılır.

Sosial Xidmətlər Agentliyinin açıqladığı statistik məlumatlara görə, mart ayında sosial yardım alan ailələrə büdcədən ümumilikdə 57 milyon 839 min 579 lari xərclənib.

Xatırladırıq ki, Gürcüstanda son 5 ildə yaşayış minimumu alanların sayı 48% artıb. PMC analitik mərkəzinin araşdırmasına görə, 2022-ci ildə 2018-ci illə müqayisədə 209 min çox insan sosial yardım alır.

Sonrakı yazı
Çavuşoğlu SƏRT DANIŞDI: “Böyük Türk millətinə tarix dərsi keçmək heç kimin həddi deyil”
Öncəki yazı
Malatyada zəlzələ baş verib