This is a specific ad

Gürcüstanda şəhərlərin və kurortların bərpası işləri planlaşdırılır

59

Another advertisement

Gürcüstan hökuməti şəhərlərin və kurortların inkişafı üçün yeni genişmiqyaslı dövlət proqramına başlayır.

QafqazTürk.com xəbər verir ki, bu barədə Baş nazir İrakli Ğaribaşvili bildirib.

Onun sözlərinə görə beşillik proqrama 11 şəhər daxildir:
Borcomi, Bakuriani, Kutaisi, Cğaltubo, Telavi, Zuqdidi, Mçxeta, Batumi, Stepancminda, Mestia və Kazbegi.

2023-cü ildə layihənin həyata keçirilməsinə 200 milyon lari (79,681,274.90 dollar) ayrılacaq.

Baş nazirin sözlərinə görə, yeni istirahət zonaları və turistlər üçün cəlbedici yerlər yaradılacaq, mədəni-tarixi obyektlər bərpa olunacaq.

“Əsas vəzifə Gürcüstanı tədricən Avropa tipli dövlətə çevirməkdir”, – deyə Qaribaşvili bildirib.

Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
Levan Xabeişvili: “Ölkə üzrə 73 bələdiyyə, şəhər və rayonda seçkilər keçiriləcək”
Öncəki yazı
Gürcüstanda otellərin qiymətində artım müşahidə edilib