Another advertisement
Gürcüstanda səhər saatlarında ard-arda iki zəlzələ qeydə alınıb.
QafqazTürk Media xəbər verir ki, bu barədə Yer Elmləri İnstitutunun Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar birinci dəfə saat 04:08-də Dmanisi şəhəri ərazisində qeydə alınıb və onun gücü 3,1 bal olub.
İkinci zəlzələ isə saat 05:32-də baş verib və episentri Cava qəsəbəsi olub. Zəlzələnin gücü 3,9 bal olub.