Another advertisement
Cari il yanvar ayının ilk həftəsində Gürcüstanda qripə və viruslara yoluxma halları 52%-dən çox olub. Bu göstərici 2023-cü ilin dekabrında 28% idi.
QafqazTürk.com xəbər verir ki, bu barədə Tbilisi Mərkəzi Uşaq Xəstəxanasının tibbi direktoru İvane Çixeidze keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, 5 yaşa qədər uşaqlar, 65 yaşdan yuxarı və eləcə də xroniki xəstəlikləri olan şəxslər xüsusi risk qrupuna aiddirlər.
O, həmçinin bildirib ki, qrip virusuna yoluxmanın qarşısını almaq üçün maska taxmaq, çoxlu maye qəbul etmək, yaşayış və iş yerlərini tez-tez havalandırmaq, temperatur yüksəldikdə həkimə müraciət etmək lazımdır.
İvane Çixeidze həmçinin virusa yoluxma hallarının artacağını istisna etməyib.