Mayın 16-dək Gürcüstanda qeyri-sabit hava şəraiti hökm sürəcək.
Bu tarixədək fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, güclü külək olacağı gözlənilir.
Milli Ekologiya Agentliyinin məlumatına görə, gözlənilən yağıntılar Gürcüstan çaylarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda daşqınlara, ölkənin dağlıq zonalarında sürüşmələrin başlamasına və aktivləşməsinə səbəb ola bilər.