Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi qeyri-gürcüdilli məktəb və sektorların təcrübəçi müəllimləri, eləcə də təcrübəçi xüsusi müəllimlər üçün müəllimlik kompetensiyanı təsdiqləyən imtahanlara sentyabrdan etibarən qeydiyyatın başlayacağını açıqlayıb.
Qiymətləndirmə və İmtahanların Milli Mərkəzinin təşkilatçılığı ilə imtahanlar noyabr ayında keçiriləcək. Qərara əsasən, praktikos müəllimlər baş müəllim statusunu almaq üçün fənn üzrə kompetensiyalarını təsdiqləyə və peşə bacarıqlarını inkişaf etdirmək üçün uzunmüddətli təlim kurslarında iştirak edə biləcəklər.
Praktikos xüsusi müəllimlərə isə statuslarını yüksəltmək üçün 2026-cı il yanvarın 1-dək vaxt verilib.
Qeyd edək ki, ictimai fəal Aygül İsayevanın rəhbərliyi ilə 500-ə yaxın müəllim 21 avqust tarixində imtahanların noyabr ayında keçirilməsi ilə bağlı təhsil nazirliyinə müraciət ünvanlamışdılar. Təhsil nazirliyi bu müraciət əsasında noyabr ayında imtahanların keçirilməsinə qərar vermişdir.