This is a specific ad

Gürcüstanda qar uçqunu səbəbindən qatar reysləri ləğv olub

15

Another advertisement

“Gürcüstan Dəmir Yolları (GDY) ölkənin şərq və qərbi arasında fevralın 7-nə planlaşdırılan səkkiz reysi ləğv edib”.

QafqazTürk.com xəbər verir ki, bu barədə Gürcüstan Dəmir Yolları məlumat yayıb.

Məlumata əsasən, qatar reyslərinin ləğvinə əlverişsiz hava şəraiti səbəb olub.

Fevralın 6-da qar uçqunu səbəbindən Tbilisi ilə Batumi arasındakı dəmir yolu hərəkəti dayandırılıb.

Şirkətin qərarı ilə fevralın 7-nə planlaşdırılan Tbilisi-Batumi, Tbilisi-Zuqdidi, Tbilisi-Kutaisi-Ozurgeti, Batumi-Tbilisi, Ozurgeti-Kutaisi-Tbilisi, Poti-Tbilisi, Xaşuri-Zestafoni və Zestafoni reysləri ləğv olunub.

Bu reyslərlə səyahət etməyi planlaşdıran hər kəs bilet pulunu geri alacaq.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Gürcüstanda hava şarı yerə düşüb, ölənlər var – VİDEO
Öncəki yazı
Azərbaycanın Gürcüstandakı səfirliyində səsvermə prosesi davam etdirilir – FOTO