Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Kriminal Polis Departamenti “oğru aləmi”nə qarşı Tbilisi, Acarıstan, Quriya, Sameqrelo və Şida Kartli regionlarında əməliyyata keçirib.
Qafqaztürk xəbər verir ki, məlumatı Gürcüstan DİN yayıb.
Bildirilib ki, aparılan kompleks əməliyyat tədbirləri nəticəsində cinayət aləminin üzvü olan 18 nəfər saxlanılıb.Saxlanılan şəxslərin ölkə xaricindəki kriminal avtoritetlərlə əlaqəli olduğu, onların təlimatları əsasında vətəndaşlar arasında maliyyə mübahisələrinin həll edilməsində iştirak edərək qanunsuz gəlirlər əldə etdiyi müəyyən edilib.
Əməliyyat zamanı polisin odlu silahlar, narkotik vasitələr, pul, və xaricdəki kriminal qruplaşmalarla əlaqə saxlanılmış kompüter və mobil telefonları dəlil kimi müsadirə etdiyi qeyd olunub.