This is a specific ad

Gürcüstanda qadınlara qarşı zorakılıq faktları

17

Another advertisement

Gürcüstanda bu il yanvarın 1-dən martın 31-dək qadınlara qarşı 207 zorakılıq faktı qeydə alınıb.

QafqazTürk.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin saytında məlumat dərc edilib.

Zorakılıq hallarından 32-si fiziki xarakterli, ən çoxu, yəni 168-i qadınlara qarşı psixoloji zorakılıq olub. Hesabat dövründə 4 cinsi zorakılıq, 3 məcburetmə faktı qeydə alınıb.

Bundan başqa, cari il yanvarın 1-dən martın 31-dək qadınlara qarşı zorakılığın qarşısının alınması məqsədilə 183 yer dəyişməmə qətimkan tədbiri seçilib.
Eyni dövrdə Gürcüstanda zorakılığa məruz qalan qadınların sayı 179 nəfər olub ki, onlardan 111-i Tbilisidə qeydə alınıb.

Rəqəmlərdən aydın olur ki, zorakılığa məruz qalan qadınlar daha çox 25-44 yaş arasındadır. Hesabat dövründə qeyd olunan yaş kateqoriyasında qadınlara qarşı 112 zorakılıq faktı qeydə alınıb. Zorakılıq edən kişilərin böyük hissəsi 25-44 yaş kateqoriyasına aiddir.

Sonrakı yazı
Vətəndaşlara isti yay günlərinə hazırlıq üçün tövsiyyələr
Öncəki yazı
Fidan Stoltenberqlə danışıqlar apardı