This is a specific ad

Gürcüstanda partiya Putinə müraciət edib

57

Another advertisement

“Gürcüstan Sülh Naminə Həmrəylik” partiyasının üzvləri Rusiya prezidenti Vladimir Putinə iki ölkə arasında viza rejiminin ləğvi xahişi ilə müraciət ediblər.

Bu barədə QafqazTürk  “Sputnik Gürcüstan”a istinadən məlumat verir.

Siyasətçilər öz videomüraciətində həmçinin Rusiyada qalma müddətini pozan Gürcüstan vətəndaşlarının azadlığa buraxılmasına çağırıb və gürcülərin məşğulluq qaydalarının yüngülləşdirilməsini təklif ediblər.

Partiya üzvləri qeyd ediblər ki, bu tədbirlər Rusiya ilə Gürcüstan arasında münasibətlərin daha da yaxınlaşmasına kömək edəcək, həmçinin mehriban qonşuluq və diplomatik münasibətlərin tezliklə bərpası üçün əlverişli zəmin yaradacaq.

Kateqoriya: Siyasət
Sonrakı yazı
İrakli Kobaxidze müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib
Öncəki yazı
Borrel Zurabişvili ilə Gürcüstanın Avropadakı perspektivlərini müzakirə edib