Gürcüstanda orta aylıq əməkhaqqı

0

2022-ci ildə Gürcüstanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı ötən illə müqayisədə 18,3% (238,5 lari) artaraq 1543,0 lari təşkil edib.

QafqazTürk.com xəbər verir ki, Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.

Statistikaya görə, 2022-ci ildə əvvəlki illə müqayisədə bütün sahələrdə əməkhaqlarında artım müşahidə olunub.

Fəaliyyət növlərinə görə aşağıdakı sahələrdə əmək haqqı nisbətən yüksək olub:

  1. İnformasiya və rabitə3 min 033,4 lari (əvvəlki ilə nisbətən 49,4% artıb)
  2. Maliyyə və sığorta fəaliyyəti2 min 730,0 lari (əvvəlki ilə nisbətən 15,3% artıb)
  3. Peşə, elmi və texniki fəaliyyət2 min 285,0 lari (əvvəlki ilə nisbətən 10,1% artıb)

2022-ci ildə dövlət sektorunda muzdla işləyənlərin orta aylıq əmək haqqı qeyri-dövlət sektorunda muzdla işləyənlərdən 389,5 lari az olub. Bundan əlavə, 2021-ci illə müqayisədə dövlət sektorunda əmək haqqı 15,1 faiz, qeyri-dövlət sektorunda isə 18,9 faiz artaraq müvafiq olaraq 1285,6 və 1675,1 lari təşkil edib.

2022-ci ildə sahibkarlıq (biznes) sektorunda muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı 258,3 lari (19,2%) artaraq 1 605,9 lari təşkil edib.

Fəaliyyət növünə görə ən yüksək əmək haqqı informasiya və rabitə (əvvəlki ilə nisbətən 52,2% artaraq 3 min 113,8 lari), o cümlədən peşə, elmi və texniki fəaliyyət (əvvəlki ilə nisbətən 10,9% artaraq 2 min 601,7 lari) sahəsində qeydə alınıb.

2022-ci ildə qeyri-sahibkarlıq və maliyyə sektorunda orta aylıq əməkhaqqı ötən illə müqayisədə 195,5 lari (15,9%) artaraq 1 423,5 lari təşkil edib. Maliyyə və sığorta fəaliyyəti sahəsində çalışanlar fəaliyyət növündən asılı olaraq nisbətən yüksək əməkhaqqı alırlar.

Orta əmək haqqına görə regionlara Tbilisi və Mtsxeta-Mtianeti bölgəsi başçılıq edir.

0
0
Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
საქართველოში საშუალო თვიური ხელფასი
Öncəki yazı
კლუბ “არმაზის” ინიციატივით, რაგბიში, შიდა ამხანაგური შეხვედრები გაიმართა