Gürcüstanda orta aylıq əmək haqqı nə qədərdir? – STATİSTİKA

1

2023-cü ilin birinci rübündə Gürcüstanda orta aylıq nominal əmək haqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,7% (270,1 lari) artaraq 1716,6 lari təşkil edib.

QafqazTürk.com xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.

Fəaliyyət növlərinə görə aşağıdakı sahələrdə nisbətən yüksək əməkhaqqı müşahidə olunub:

  1. Maliyyə və sığorta fəaliyyəti – 3 761,1 lari (əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 23,8% artıb);
  2. İnformasiya və rabitə – 3 631,3 lari ( 55,2% artıb);
  3. Peşə, elmi və texniki fəaliyyət – 2 386,8 lari ( 21,6% artıb );
  4. Tikinti – 2 145,5 lari ( 14,7% artıb).

2023-cü ilin birinci rübündə qadınların orta əmək haqqı 1375,7 lari, kişilərinki isə 2053,4 lari olub. Əmək haqqının illik artımı qadınlarda 190,9 lari ( 16,1% ), kişilərdə isə 358,1 lari ( 21,1% ) təşkil edib.

Fəaliyyət növlərinə görə, demək olar ki, bütün sahələrdə kişilərin əmək haqqı qadınların maaşından yüksək olub.

0
0
Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
Dünya bazarında neftin qiyməti
Öncəki yazı
წალკაში, მიუსაფარი ძაღლის მკვლელობის ფაქტზე ერთი პირი დააკავეს