This is a specific ad

Gürcüstanda “Oğru aləmi” ilə bağlı 13 nəfər saxlanılıb

28

Another advertisement

Tbilisi, Batumi, Lançxuti və Tsaqeridə həyata keçirilən əməliyyat- istintaq tədbirləri nəticəsində “Oğru dünyası” ilə əlaqəsi olan 13 nəfər saxlanılıb, 2 nəfər barədə isə qiyabi ittiham irəli sürülüb.

İstintaq zamanı məlum olub ki, saxlanılan şəxslər vətəndaşlar arasında yaranan maliyyə mübahisələrini həll etmək və şəxsi fayda əldə etmək üçün xaricdəki “qanuni oğrularla” əlaqə saxlayıblar.

Onlar güc yolu ilə vətəndaşlar arasındakı mübahisələri həll etməyə çalışıblar. Təqsirləndirilən şəxsləri 15 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Parlament binasına giriş məhdudlaşdırıldı
Öncəki yazı
Marneulidə kölgə Teatrı “Dörd fəsil” tamaşasını təqdim edəcək