Gürcüstanda neft məhsullarının idxalı 20% azalıb.
QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Statistika Xidməti məlumat yayıb.
Məlumata görə, 2023-cü ilin yanvar-sentyabr aylarında Gürcüstana ümumilikdə 11,303 milyard dollar idxal edilib ki, bu da illik 18,2% artım deməkdir.
Qeyd edək ki, hesabat dövründə Gürcüstanın ən böyük idxal məhsullarından biri olan neft və neft məhsullarının idxalı azalıb.
Daha dəqiq desək, yanvar-sentyabr aylarında neft və neft məhsulları Gürcüstanın ilk 10 idxal məhsulu arasında 2-ci yerdədir. Cari ilin 1-ci 9 ayında 816,386,1 min ABŞ dolları dəyərində neft məhsulları idxal edildiyi halda, ötən ilin eyni dövründə bu rəqəm 1,021,252,9 min dollar olub. İllik azalma 20,1% təşkil edir.
Bu ilin yanvar-sentyabr aylarında neft və neft məhsulları idxal edən ilk 5 ölkə:
- Rusiya – 477 milyon 623 min 450 ABŞ dolları;
- Rumıniya – 118 milyon 911 min 520 ABŞ dolları;
- Azərbaycan – 51 milyon 406 min 390 ABŞ dolları;
- Türkmənistan – 47 milyon 445 min 550 ABŞ dolları;
- Bolqarıstan – 23 milyon 226 min 740 ABŞ dolları.