Another advertisement
Ötən il 22 min 998 nəfər 100 min laridən çox əməkhaqqı alıb.
QafqazTürk.com xəbər verir ki, bu barədə Vergilər Xidməti məlumat yayıb.
Məlumata əsasən, bu şəxslər üçün vergi tutulan gəlirin məbləği 5 milyard 352 milyon 512 min 486 lari təşkil edib.
Onu da qeyd etmək lazımdır ki, 2022-ci ildə 17 min 706 nəfər 100 min laridən çox əməkhaqqı ilə qeydiyyatdan keçib. Məbləğin həcmi 4 milyard 164 milyon 953 min 632 lari təşkil edib.