Ölkə üzrə mövsümi qripə qarşı peyvəndləmə başlayıb. Peyvənd bütün vətəndaşlar üçün pulsuzdur.
QafqazTürk Media xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
“Dövlət İmmunizasiya Proqramı çərçivəsində Gürcüstan Fransa istehsalı olan “SANOFI WINTHROP INDUSTRIE” şirkətinin dördkomponentli VaxigripTetra adlı mövsümi qrip peyvəndindən 200 000 doza alıb. Bu peyvənd Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tövsiyə olunan vaksinlərdən biridir və cari mövsümdə dövriyyədə olması gözlənilən qrip ştamlarına uyğunlaşdırılıb.
Xüsusilə, yüksək risk qrupuna daxil olan və ya xroniki xəstəliyi olan şəxslərin peyvənd olunması çox vacibdir, çünki bəzi insanlar üçün qrip təhlükəli xəstəliyə çevrilə bilər.
Peyvəndləmə xidmətləri göstərən tibb müəssisələrində və poliklinikalarda peyvənd olmaq mümkündür və benefisiarlar üçün tamamilə pulsuzdur,” – deyə nazirliyin açıqlamasında bildirilir.