This is a specific ad

Gürcüstanda minlərlə vətəndaşın dövlətə olan milyonlarla borcu silinəcək

51

Another advertisement

Gürcüstanda 145 min vətəndaşın ümumi məbləği 590 milyon lari (220 milyon dollar) məbləğində vergi borcu silinəcək.

QafqazTürk.com xəbər verir ki,bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze məlumat verib.

“Gürcüstanda çoxlu sayda fiziki şəxsin vergi borcu var və bu səbəbdən onlar iqtisadi fəaliyyət göstərmək imkanından məhrumdurlar. Bütün fiziki şəxslərin, o cümlədən fərdi sahibkarların 2021-ci il yanvarın 1-dək yaranmış ödənilməmiş vergi borcları, o cümlədən borcun üzərinə hesablanmış cərimələr tamamilə silinəcək”, – deyə İrakli Kobaxidze bildirib.

 

Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
Zurabişvili “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsini veto edəcək
Öncəki yazı
Gürcüstan Milli Bankı ilk dəfə beynəlxalq ehtiyatlarına monetar qızıl əlavə edib