This is a specific ad

Gürcüstanda Milli Müəllimlər Günü təsis edildi

16

Another advertisement

Gürcüstanın təhsil və elm naziri Giorgi Amilaxvarinin təşəbbüsü ilə Gürcüstanın ən yeni tarixində ilk dəfə olaraq Müəllimlər Günü təsis edilib.

Qafqaztürk.com xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Nazirliyin yaydığı məlumata görə, Milli Müəllimlər Günü hər il oktyabrın 27-də gürcü müəllimi, Gürcüstanda elmi pedaqogikanın banisi, publisist, uşaq yazıçısı və ictimai xadim İakob Qoqebaşvilinin doğum günündə qeyd olunur.

“Hər il bu tarixdə cəmiyyətin və təhsil sisteminin inkişafında xüsusi xidmətlərinə görə əməkdar müəllimlər xalq müəllimi mükafatı – xüsusi hazırlanmış döş nişanı və 10 000 lari məbləğində pul mükafatı ilə təltif olunacaqlar. Bildiyiniz kimi, ölkənin və cəmiyyətin inkişafında, gənclərin dövlətçilik ruhlu vətənpərvər kimi formalaşmasında əsas rol və funksiya əməkdar müəllimlərin üzərinə düşür. Buna uyğun olaraq, Təhsil və Elm Nazirliyi müxtəlif yollarla müəllim peşəsinin nüfuzunu yüksəltmək, onlara həm sosial, həm də müxtəlif dəstək tədbirləri təklif etmək işini fəal şəkildə davam etdirir. Milli Müəllimlər Gününün təsis edilməsi və mükafatın verilməsi müəllimlərin cəmiyyətdəki rolunun işıqlandırılmasına, onlara qiymət verilməsinə xidmət edir. Təşəbbüs çərçivəsində Təhsil və Elm Nazirliyinin müəyyən etdiyi meyarlara uyğun olaraq müxtəlif istiqamətlərdə şagirdlərin, məktəb ictimaiyyətinin və ya ictimaiyyətin inkişafında xüsusi xidmətləri olan müəllimlərin hekayələri toplanacaq. Bundan sonra müxtəlif sahələrin tanınmış simalarının birləşdiriləcəyi xüsusi təyinatlı komissiya ilin ən yaxşı müəllimlərini müəyyənləşdirəcək”, – məlumatda deyilir.

Kateqoriya: Təhsil
Sonrakı yazı
Საქართველოში მასწავლებლის ეროვნული დღე დაწესდა
Öncəki yazı
დაპატიჟე სტუმრად ქართველი, ან შენ წადი მასთან, ამის მერე ხელი მოგემართება” – ჩრდილოკავკასიელთა თქმულებები, ქართველის დაარსებული ჩეჩნური დაბა და ჯარეგა ვაჟას “სტუმარ-მასპინძლიდან”