Gürcüstanda merlər və bələdiyyə məclisi deputatları fəaliyyətlərinə nə vaxtdan başlayırlar?

26

Gürcüstanda oktyabrın 4-də keçirilmiş seçkilər nəticəsində seçilmiş bələdiyyə şuralarının ilk iclasları ölkə üzrə oktyabrın 30-u saat 11:00-da keçiriləcək.  QafqazTürk xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası məlumat bildirir.

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, yeni seçilən merlər və bələdiyyə məclisi üzvləri oktyabrın 29-dan vəzifələrinə başlayacaqlar.

Qeyd edək ki, Tbilisidə Şəhər Şurasının ilk sessiyasını MSK sədri Giorgi Kalandarişvili, regionlarda keçirilən sessiyaları isə müvafiq Dairə Seçki Komissiyalarının sədrləri açacaq.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Rusiya Ukraynaya yenidən hücum edib – ƏTRAFLI
Öncəki yazı
Müxalifətdən heç bir nümayəndə Bolnisi və Qardabani bələdiyyə məclislərinə daxil ola bilmədi – ƏTRAFLI