This is a specific ad

Gürcüstanda Media və İnformasiya Savadlılığı Həftəsi qeyd olunacaq

14

Another advertisement

Oktyabrın 24-31-də BMT Baş Assambleyasının Gürcüstanın birgə təşəbbüsü ilə qəbul edilmiş qətnaməsinə əsasən, Media və İnformasiya Savadlılığı Həftəsi qeyd olunacaq.

Həftənin məqsədi BMT-yə üzv ölkələrdə media savadlılığı ilə bağlı maarifləndirmənin artırılmasıdır. İnformasiya savadlılığının yayımlandırılması prosesində gənclərin rolu və cəlb olunması xüsusilə qeyd olunur. Builki həftənin şüarıdır: “Rəqəmsal məkanda media və informasiya savadlılığı: kollektiv qlobal gündəm”.

Həftənin əsas mesajı problemlərlə dolu rəqəmsal məkanda vətəndaşların informasiya qəbulunda daha məsuliyyətli olmasıdır.

Həftə çərçivəsində Gürcüstanın regionlarında NATO və Avropa İttifaqı üzrə İnformasiya Mərkəzinin təşkilatçılığı ilə görüşlər keçiriləcək, dezinformasiyaya qarşı müqavimətin gücləndirilməsi vasitəsi kimi media savadlılığı məsələlərinə diqqət yetiriləcək.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
“Evdə” festivalı geri qayıdır
Öncəki yazı
İrakli Qaribaşvili: “İşsizlik və yoxsulluq səviyyələri tarixi minimuma çatdı”