Gürcüstanda Mədəd Çobanlının xatirəsinə həsr olunmuş “Ana dilimiz – varlığımızdır” adlı inşa müsabiqəsinə start verilir

75

“Maarif təşkilatı” və “Maarif” qəzeti (rəhbəri Ə.Qarabağlı) ölkəmizdə fəaliyyət göstərən azərbaycandilli məktəblərin X, XI və XII sinif şagirdləri arasında tanınmış dilçi alim, filologiya elmləri doktoru, professor Mədəd Çobanlının xatirəsinə həsr olunmuş “Ana dilimiz – varlığımızdır” adlı inşa müsabiqəsinə start verir.

Ölkəmizdəki bütün azərbaycandilli məktəbləri dahi alimimiz, unudulmaz şəxsiyyət Mədəd müəllimin xatirəsinə həsr olunmuş inşa müsabiqəsində fəal iştirak etməyə çağırırıq.

Ələddin müəllim Qarabağlının bu gözəl təşəbbüsünün gənclərdə dilimizin inkişaf səviyyəsinə xidmət edəcəyinə inanırıq.
Biz, Gürcüstan Azərbaycanlıları Konqresi və QafqazTürk Media olaraq bu gözəl təşəbbüsü dəstəkləməyə və mediamızda işıqlandırmağa hazırıq.

İnşa mövzuları:
1. Ana dilimiz – varlığımızdır!
2. Türk ədəbi dilləri arasında azərbaycan dilinin yeri
3. Görkəmli türkoloq Mədəd Çobanovun yetişdiyi ədəbi mühit və onun elmi-pedaqoji fəaliyyətinin Tbilisi dövrü
4. Azərbaycan-gürcü ədəbi əlaqələrinin inkişafında Mədəd Çobanovun rolu
5. Mədəd Çobanovun yaradıcılığında yurd sevgisi (yer-yurd adlarımızın tarixi, onomastikası, toponimikası, ellərimizin dialektikası, danışıq şivələrimizin leksikası və s.)

İnşa yazını e-mailə göndərən müsabiqə iştirakçısı – şagird inşanın sonunda öz adını, soyadını, təhsil aldığı məktəbin adını, ünvanını, oxuduğu sinifi və mobil telefon nömrəsini yazmalıdır.
Qaliblərə pul mükafatları və həvəsləndirici hədiyyələr veriləcəkdir.

Qeyd: Müsabiqədə iştirak edən şagirdlərin yazdıqları inşalar 18 may 2024-cü il saat 18:00-a qədər qarabaglimaarif50@mail.ru elektron poçt ünvanıns göndərilir.
Həmin vaxtdan sonra göndərilən inşa yazılar qəbul edilməyəcək.

64
7
Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Parlamentinin sədri “Xarici agentlər” haqqında qanuna görə ABŞ senatorlarına sərt cavab verib
Öncəki yazı
Türkiyə Prezidenti: Qərb demokratiya, azadlıq, hüquq anlayışlarını unudub