This is a specific ad

Gürcüstanda mal-qarada “Emkar” xəstəliyi qeydə alınıb

64

Another advertisement

Ninotsminda bələdiyyəsinin Eştia kəndində mal-qara xəstəliyinə yoluxma halları aşkarlanıb. Merin nümayəndəsi Yeqor Kotoyanın məlumatına görə, “Emkar”la son iki həftədə üç iribuynuzlu heyvan tələf olub.

QafqazTürk.com xəbər verir ki,bu barədə “Samkhreti karibchi” nəşri məlumat yayıb.

“Əvvəlcə mal-qaralar yaylaqlarda (yay otlaqlarında) tələf oldu. Sonra əhalinin bir hissəsi mal-qaranı vaxtında peyvənd etmədiyi üçün xəstəlik kəndimizə də keçdi. Ona görə də bu nəticəni aldılar. Burada sizə deyim ki, Eştiyada mal-qaranın 90 %-i peyvənd olunub, əhali də xəstəlik barədə məlumatlandırılır.Başqa kəndlərdə bu geniş yayılmayıb.Çünki mallar peyvənd olunub”,-deyə mer nümayəndəsi bildirib.

Xəstəliyə qarşı peyvənd dövlət proqramı tərəfindən maliyyələşdirilmir, buna görə də əhali dərmanı öz vəsaitləri hesabına almalı olurlar.

Qeyd edək ki,iribuynuzlu heyvanlarda “Emcari”xəstəliyinin inkubasiya dövrü 1-2 gün davam edir, müstəsna hallarda 5 gün ola bilər. Xəstəlik yoluxucu deyil. Xəstəlik yay və payızda, adətən isti, quraq yayda yayılır.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Kutaisi hava limanı nəqliyyat qovşağına çevrilə bilər
Öncəki yazı
Bu sahə Gürcüstana getdikcə daha çox pul gətirir – gəlir rekord səviyyədə artır