This is a specific ad

Gürcüstanda küçə itlərinin məlumat bazası və rəqəmsal xəritəsi yaradılıb

55

Another advertisement

Paytaxt Tbilisi küçələrində 30 150 sahibsiz it yaşayır.

QafqazTürk.com xəbər verir ki, bu barədə “Mayhew Georgia” təşkilatının tədqiqatında bildirilib.

Məlumata əsasən, küçə itlərinin təxminən üçdə biri sterilizasiya (qısırlaşdırma) olunub – 10 min 500. Tədqiqatın məqsədi şəhər rəhbərliyinə sahibsiz heyvan populyasiyasının effektiv idarə olunması proqramının hazırlanmasına kömək etməkdir.

Bununla yanaşı, küçə itlərinin rəqəmsal xəritəsi və məlumat bazası da yaradılıb. Tədqiqat zamanı heyvanların yaşı, cinsi və vəziyyəti qeydə alınıb. Tədqiqat məlumatları operativdir, vəziyyət çox tez dəyişir, lakin toplanmış məlumatlar vəziyyət haqqında ümumi fikir verir.

“Mayhew Georgia” Böyük Britaniyanın “The Mayhew Home” xeyriyyə təşkilatının Gürcüstan filialıdır və məqsədi evsiz heyvanlara kömək etmək, baytarlara təlim keçmək və itlərin pulsuz sterilizasiyası və peyvənd edilməsini təmin etməkdir.

2024-cü ildə təşkilat Tbilisidəki Aqrar Universitetinin ərazisində yerləşən klinikada sahibsiz itləri sterilizasiya etməyi öz prioriteti elan edib.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Salome Zurabişvili “Seçki Məcəlləsi”nə dəyişikliklərə veto qoyub
Öncəki yazı
DİQQƏT! – Avtomobil alverçilərinin NƏZƏRİNƏ!