This is a specific ad

Kosmetika ilə bağlı tənzimləyici qaydalar qüvvəyə minəcək

287

Another advertisement

Gürcüstanda bundan sonra kosmetika ilə bağlı tənzimləyici qaydalar qüvvəyə minəcək.

QafqazTürk Media xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin parlamentin 2024-cü ilin payız sessiyası üçün qanun yaradıcılığı fəaliyyətinin qısamüddətli planında qeyd olunub.

Qısamüddətli qanun palnında qeyd olunub ki, hazırda ölkədə kosmetik məhsullarla bağlı Avropa İttifaqının qanunvericiliyinə uyğun tənzimləyici baza yoxdur ki, bu da Avropa Komissiyasının Gürcüstan üzrə işçi qrupunun 2023-cü il hesabatında öz əksini tapıb.

“Qanun layihəsinin hazırlanması üçün əsaslardan biri Gürcüstan qanunvericiliyinin Avropa İttifaqının tənzimlənməsi ilə uyğunlaşdırılmasıdır ki, bu qanun layihəsinin və müvafiq texniki reqlamentlərin hazırlanması prosesində bələdçi kimi istifadə olunub.

“Texniki tənzimləmə – kosmetik məhsullar haqqında” əhalinin sağlamlığının qorunmasını təmin etmək məqsədi ilə kosmetik məhsulların bazara çıxarılması qaydalarını və normalarını müəyyən edir.

Tənzimləmə insan orqanizminə endogen qəbul, inhalyasiya, inyeksiya və ya implantasiya üçün nəzərdə tutulan maddələrə və ya qarışıqlara şamil edilmir.

Texniki reqlament təsərrüfat subyektlərinin, o cümlədən istehsalçının, idxalçının, distribyutorun və müqavilə ilə müəyyən edilmiş “məsul şəxs”in rolunu və öhdəliklərini müəyyən edir.

Texniki reqlament bazara çıxarılmazdan əvvəl və sonra idarəetmə məsələlərini və buna cavabdeh olan qurumları müəyyən edir. Texniki reqlamentin həyata keçirilməsi üçün Gürcüstanın “İctimai sağlamlıq haqqında” qanununa və digər müvafiq qanunvericilik aktlarına dəyişikliklər tələb olunur”, – hökumətin planında deyilir.

Kateqoriya: Cəmiyyət, Sağlamlıq
Sonrakı yazı
უკრაინაში საბრძოლო მოქმედებები გრძელდება – კიევში საჰაერო განგაშის ხმა 9 საათს გაგრძელდა
Öncəki yazı
დედამიწის ატმოსფეროს ასტეროიდი შეეჯახება – CNN