2023-cü ilin məlumatlarına görə, İT sektorunda çalışanların sayı 14 min 164 nəfər, əməkhaqqı isə 7 min 192 lari olub.
QafqazTürk.com xəbər verir ki, bu barədə “Qalt və Taqqart”ın məlumatında bildirilib.
Məlumata görə, 2022-ci ildə bu sahədə 6 min 118 nəfər işlə təmin olunub və əmək haqqı 6 min 118 lari olub.
“Əmək xərcləri sektorun gəlirlərinin 60%-ni təşkil edir. Müvafiq olaraq, İT ixracından əldə edilən gəlir əsasən işçilər arasında bölüşdürülür ki, bu da istehlakın artmasına səbəb olur.
İT sektorunda yüksək maaşlar orta təbəqənin formalaşması üçün ilkin şərtdir. Məşğulluq və əməkhaqqının artımı xüsusilə şirkətlərin Gürcüstana köçdüyü 2022-ci ildən etibarən sürətləndi. Şirkətlərin köçürülməsindən sonra İT sektorunda orta əmək haqqı iki dəfə artıb”, – deyə məlumatda deyilir.