This is a specific ad

Gürcüstanda keçiriləcək parlament seçkilərinin nəticələrini nəzərə alan Vaşinqton iqtidarı dəyişmək qərarına gəlib

53

Another advertisement

“Oktyabrda keçiriləcək parlament seçkilərinin nəticələrini nəzərə alan Vaşinqton Gürcüstanda hökuməti dəyişmək qərarına gəlib.”

Qafqaztürk.com xəbər verir ki, bu barədə Rusiyanın TASS dövlət xəbər agentliyi Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Xarici Kəşfiyyat Xidmətinə daxil olan məlumat Vaşinqtonun Gürcüstanda bu ilin oktyabrın 26-na təyin edilmiş parlament seçkilərinin nəticələrinə əsasən hökuməti dəyişmək barədə qəti qərarından xəbər verir”, – Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosu bildirir.

Rusiya Xarici Kəşfiyyat Xidmətinin məlumatına görə, ABŞ prezidentinin administrasiyası artıq “Gürcü arzusu”nu gözdən salmaq üçün informasiya kampaniyası hazırlayıb.

“Co Bayden administrasiyası artıq hakim partiya olan “Gürcü arzusu”nu gözdən salmaq üçün genişmiqyaslı informasiya kampaniyası hazırlayıb”, – Rusiya Xarici Kəşfiyyat Xidməti qeyd edib.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Acarada polis əlil şəxsə cinsi təcavüz etmə ittihamı ilə bir nəfəri həbs edib
Öncəki yazı
Pavel Herçinski: “Gürcüstan üçün ayırdığımız 30 milyon avro donduruldu”