This is a specific ad

Gürcüstanda iyunun 13-15-nə olan hava proqnozu

17

Another advertisement
İyunun 16-dək yüksək temperatur fonunda Gürcüstanın bəzi rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, bəzi yerlərdə dolu düşəcəyi, güclü külək olacağı ehtimalı var.
İyunun 13-də Tbilisidə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, iyunun 14-15-də havanın isti və yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +32, +34 dərəcə təşkil edəcək.
Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): iyunun 13-14-də hava şəraitinin isti və yağmursuz keçəcəyi gözlənilir. İyunun 15-də isə günün sonunda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gündüz +29, +31 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın düzənlik rayonlarında (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti): iyunun 13-14-də isti və yağmursuz hava şəraiti gözlənilir. İyunun 15-də isə günün sonunda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Havanın temperaturu gündüz +34, +36 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo): bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu gündüz +31, +33 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu gündüz +27, +29 dərəcə təşkil edəcək.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli , Qardabani, Qori, Sxinvali): bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi, küləyin güclənəcəyi gözlənilir. Havanın temperaturu gündüz +31, +33 dərəcə təşkil edəcək.
Kaxetiyada (Saqareco, Telavi, Qurcaani, Siqnaqi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro): bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi, küləyin güclənməsi ehtimalı var. Havanın temperaturu gündüz +32, +34 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsix, Borjomi, Duşeti, Tianeti, Fasanauri): bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi, küləyin temperaturu gün ərzində +29, +31 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi, küləyin güclənməsi ehtimalı var. Havanın temperaturu gündüz +25, +27 dərəcə təşkil edəcək.
Kateqoriya: Maraqlı
Sonrakı yazı
ახალციხეში 5 სართულიან კორპუსში ხანძარი გაჩნდა
Öncəki yazı
Azərbaycan Dövlət Komitəsinin nümayəndə heyəti Tbilisidə bir sıra görüşlər keçirib