Another advertisement
Gürcüstanda 2023-cü ilin IV rübündə işsizliyin səviyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,7% azalaraq 15,3% təşkil edib.
QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Statistika Agentliyi məlumat yayıb.
Məlumata görə, 2023-cü ilin IV rübündə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə muzdla işləyənlərin sayı 74,3 min nəfər (8,4%) artaraq 958,4 min nəfərə çatıb, özünüməşğulların sayı isə azalıb. Bu rəqəm 6,6 min (1,6%) və 413,8 min təşkil edib. Həmin dövrdə işsizlərin sayı 0,9 min nəfər (0,4%) azalaraq 248,6 min nəfər olub.