This is a specific ad

Gürcüstanda işsizlik səviyyəsi – STATİSTİKA

45

Another advertisement

2022-ci ildə 2021-ci illə müqayisədə Gürcüstanda işsizlik səviyyəsi 3,4% azalaraq 17,3% təşkil edib.

QafqazTürk.com xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Milli Statistika Xidməti yayıb.

Məlumata görə 2022-ci ildə yaşı 15 və yuxarı olan əhali arasında işçi qüvvəsinin xüsusi çəkisi əvvəlki illə müqayisədə 1% artaraq 51,9% müəyyən edilib. Eyni işçi qüvvəsinin məşğulluq səviyyəsi isə 2,5% artaraq 42,9% təşkil edib.

Məlumatda qeyd edilir ki, işsizlik səviyyəsi ən çox Mçxeta-Mtianeti, Şida-Kartli, Raca-Leçxumi və Kvemo Svaneti regionlarında azalıb.

“2022-ci ildə maaşla işləyənlərin xüsusi çəkisi maaşlı işləyənlərin ümumi sayında 67,9% təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 0,3% azdır.

2022-ci ildə şəhər tipli qəsəbələrdə işsizliyin səviyyəsi əvvəlki illə müqayisədə 3,9 faiz, kənd tipli qəsəbələrdə isə 2,5 faiz bəndi azalıb. Əvvəlki illə müqayisədə 2022-ci ildə işsizliyin səviyyəsi ən çox Mtsxeta-Mtianeti, Şida-Kartli və Raça-Leçxumi və Kvemo Svaneti bölgələrində azalıb”, – məlumatda qeyd olunur.

Bundan əlavə, Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına görə, Gürcüstanda işsizliyin səviyyəsi kişilər arasında qadınlardan daha yüksəkdir.

“İşsizliyin səviyyəsi kişilər arasında qadınlardan daha yüksəkdir. 2022-ci ildə 2021-ci illə müqayisədə qadınlar arasında qeyd olunan göstərici 3,2%, kişilər arasında isə 3,5% azalıb. 2022-ci ildə əvvəlki illə müqayisədə həm qadınlar həm də kişilər üçün məşğulluq səviyyəsi müvafiq olaraq 2.1% və 3,1% artıb.

2022-ci ildə işsizlik səviyyəsi ən yüksək 15-19 yaş qrupunda (47,4%), ən aşağı isə ənənəvi olaraq 65+ yaş qrupunda (3,6%) təşkil edir ki, bunun da əsas səbəbi işsizlik nisbətinin aşağı olmasıdır”, – deyə məlumatda bildirilib.

Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
Xaricdəki səsvermədə Ərdoğan liderlik edir
Öncəki yazı
BÜRCLƏR – 15.05.2023