• 01 Dekabr 2023 16:45

Gürcüstanda “İŞİD” terror təşkilatına dəstək vermək ittihamı ilə saxlanılan şəxslərin etnik azərbaycanlı olduqları məlum olub

Avatar photo

BySalo Salahlı

May 17, 2023

Dövlət təhlukəsizliyi xidmətinin Terrorla Mübarizə Mərkəzi, Gürcüstan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin birgə həyata keçirdiyi istintaq tədbirləri nəticəsində 6 Gürcüstan vətəndaşı “İslam Dövləti” terror təşkilatına dəstək verməkdə ittiham edilərək saxlanılıb.

DTX terror əməliyyatlarının ölkənin hansı bölgələrində gerçəkləştirildiyini açıqlamasa da, eyni vaxtda dörd yerdə həyata keçirildiyini bildirib.

İstintaq qurumunun məlumatına görə, saxlanılan şəxslər İŞİD-in nüfuzlu liderlərindən biri ilə və onun rəhbərliyi altında bir neçə ölkədə müxtəlif növ terror fəaliyyətləri planlaşdırıblar.

Qeyd edək ki, ümumilikdə 7 nəfər həbs edilib, onlardan 6-sı dünən, biri isə aprel ayında saxlanılıb. Apreldə saxlanılan şəxs Türkiyə vətəndaşıdır və Miqrasiya İdarəsinə yerləşdirilib. 16 may tarixində saxlanılan 6 nəfər isə Gürcüstan vətəndaşı olan etnik azərbaycanlıdır.

46320cookie-checkGürcüstanda “İŞİD” terror təşkilatına dəstək vermək ittihamı ilə saxlanılan şəxslərin etnik azərbaycanlı olduqları məlum olub