This is a specific ad

Gürcüstanda İŞİD-lə əlaqədə şübhəli bilinən əcnəbi vətəndaş saxlanılıb

80

Another advertisement

“Təhlükəsizlik Xidməti və antiterror sistemində iştirak edən qurumların iştirakı ilə “İŞİD”in müxtəlif xarici dövlətlərin ərazisində fəaliyyəti müəyyən edilib, bir xarici vətəndaş həbs edilib”- Bu sözləri Dövlət Təhlükəsizliyi Xidmətində keçirilən brifinqdə DTX Terrorla Mübarizə Mərkəzinin direktoru vəzifəsini icra edən Baça Mqeladze deyib.

Onun sözlərinə görə, həyata keçirilən kompleks antiterror tədbirləri nəticəsində material və sübutlar əldə edilib, bununla da xarici ölkələrdə terrorçuluq fəaliyyəti müəyyən edilib.

“Keçirilən antiterror tədbirləri nəticəsində xarici ölkələrdə terror fəaliyyətini aşkar edən materiallar və sübutlar əldə edilib. ABŞ və Avropa ölkələrinin paytaxtlarının strateji obyektlərinin peyk şəkillərinin tapıldığı elektron media qurğusu əldə etmişik.Genişmiqyaslı antiterror tədbirləri çərçivəsində xaricdə terror təşkilatı ilə əlaqəsi olan şəxslər, əlaqə formaları, üsulları, maraq dairələri və mümkün hücum hədəfləri müəyyən edilir.

Beynəlxalq terrorizm riskləri nəzərə alınaraq, Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin qərarı ilə aparılan cinayət işi çərçivəsində əldə edilmiş məlumatlar vaxtında beynəlxalq tərəfdaşlara və Gürcüstanın qonşu dövlətlərinə, o cümlədən Türkiyəyə çatdırılıb. Hazırda Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat-axtarış, istintaq və gizli istintaq tədbirləri həyata keçirilir.

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti beynəlxalq terrorizmə qarşı amansız mübarizəni davam etdirir. Gürcüstan beynəlxalq antiterror sisteminin etibarlı tərəfdaşı olaraq qalır”- deyə Dövlət Təhlükəsizliyi Xidmətinin Terrorla Mübarizə Mərkəzinin direktoru vəzifəsini icra edən Baça Mqeladze deyib.

Kateqoriya: Gündəm
Sonrakı yazı
Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Öncəki yazı
III Çarlz rəsmən Böyük Britaniya kralı olub