This is a specific ad

Gürcüstanda ilk günəş elektrik stansiyasının göl üzərində tikilməsinin səbəbi nədir?

29

Another advertisement

Qardabani bələdiyyəsinin Lamşveniera kəndində aprelin 23-də ilk 216 kvt. günəş elektrik stansiyası istifadəyə verildi. Həyata keçirilən pilot layihə ilə istehsal olunan illik enerji 300 min kilovatsaata çatır ki, bu da xərclərin hər il 32,4 min ABŞ dolları azaldılmasına imkan verəcək.

Qafqaztürk.com xəbər verir ki, sözügedən günəş elektrik stansiyasının niyə quruda deyil, gölün üzərində qurulması ilə bağlı suallar yaranıb. Məsələ ilə bağlı “Gürcüstanın Bərpa Olunan Enerjinin İnkişafı Assosiasiyası”nın icraçı direktoru Maya Melikidze açıqlama verib.

Melikidze qeyd edir ki, günəş panellərinin quraşdırıldığı gölün yaxınlığında suvarılmalı olan kənd təsərrüfatı bağları var. Suvarma üçün elektrik enerjisi lazım idi, bu da ərazidə mövcud deyildi və elektrik xəttinin çəkilməsi zərurəti yarandı.

“Ərazisində göl və ətrafda bağlar var. Bu bağların suvarılması lazım idi. Bağları suvarmaq üçün elektrik xətləri çəkmək lazım idi.

Nəhayət, göldə ilk günəş elektrik stansiyasının tikilməsi qərara alınıb. Bunun iki funksiyası olacaq: elektrik enerjisi istehsal etmək və sonra suvarma üçün su vurmaq.

“Günəş enerjisi hesabına elektrik enerjisi alınır, sonra lazımi miqdarda su çəkilir və ətrafdakı bağlar suvarılır. Bu hərəkətverici elektrik stansiyası Gürcüstanda ilkdir. Amma hələ tikilməkdə olan başqa tipli layihələr də var və ümid edirəm ki, onlar yaxın vaxtlarda başa çatacaq”, – Melikidze bildirib.

Kateqoriya: Maraqlı, Region
Sonrakı yazı
İyun ayında qlobal temperatur rekord həddə çatıb
Öncəki yazı
ამ კომპონენტში საუკეთესოა – ევროს ოქროს ბუცს მაინც მიქაუტაძე იღებს