This is a specific ad

Gürcüstanda hüquqi şəxslərə siyasi partiyaları maliyyələşdirmək qadağan edildi

46

Another advertisement

Gürcüstanda hüquqi şəxslərin siyasi partiyaları maliyyələşdirməsini qadağan edən qanun qüvvəyə minib.

QafqazTürk.com xəbər verir ki, artıq hüquqi şəxslər siyasi partiyalara ianələr ayıra bilməyəcək və ianə formasında xidmətlər də təqdim edə bilməyəcəklər.

Qanuna görə ianə yalnız fiziki şəxslər tərəfindən maddi və ya qeyri-maddi ödəmə və ya xidmətlər sayılacaq. Bununla bərabər siyasi partiyalar yalnız Gürcüstan vətəndaşlarından ianə ala biləcəklər ki, onun da maksimal həddi fiziki şəxslər üçün ildə 60 min lari (22,3 min dollar), partiyaya üzvlük haqqı kimi isə ildə 1,2 min lari (446 dollar) məbləğində müəyyən edilib.

Qadağa mühazirələrin, seminarların və digər ictimai tədbirlərin keçirilməsinə aid deyil

Kateqoriya: Siyasət
Sonrakı yazı
MİT PKK-nın daha bir “rəhbər”ini zərərsizləşdirdi
Öncəki yazı
2024-cü ildən ölkədə hansı dəyişikliklər həyata keçiriləcək?